🌏Haqqında

Ana səhifə Oyunçular Şahmat haqqında Faydaları

Şahmat haqqında

Şahmat oyununun fiqurları ağ və qara dəstlərə bölünür. Hər dəst 16 fiqurdan ibarətdir: 1 şah, 1 vəzir, 2 top, 2 at, 2 fil və 8 piyada. Dəstlər sırasıyla "Ağlar" və "Qaralar" adlanır. Oyun 8 sütun (ağların nəzərindən soldan-sağa "a"dan "h"a qədər hərflərlə adlandırılıb) və 8 sətirdən (ağlara nəzərən 1-dən 8-ə qədər rəqəmlərlə adlandırılıb) ibarət kvadrat lövhə üzərində oynanır. 64 kiçik xana açıq və tünd rənglər olaraq bir-birini sırayla izləyir. Hər bir oyunçunun sağ əlinə ən yaxın xana açıq və ya ağ rəngdə olur (şahmat taxtasının rəng dizaynına görə dəyişir). Beləliklə hər iki oyunçunun vəzir fiquru öz rənginə uyğun kvadratda yerləşir (ağ vəzir ağ xanada, qara vəzir qara xanada)[3]